Liverpul Aleksandr Arnolda əvəzedici tapıb

08.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Liverpul" yayda komandanı tərk edəcək Trent Aleksandr-Arnolda əvəzedici tapıb.

İdman.biz xəbər verir ki, komanda "Bayer"də çıxış edən Jeremi Frimponqu heyətinə qatmaq istəyir.

Leverkuzen klubu 30 milyon funt qarşılığında onun transferinə yaşıl işıq yandıra bilər. Frimponqla "Mançester Siti" və "Seltik" də maraqlanır.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsümdə 47 oyunda 4 qol vurub, 12 ötürmə verib. Onun "Bayer"lə 2028-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью