Liverpul alman futbolçu üçün 140 milyon avro təklif etdi

09.06.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Bayer"in yarımmüdafiəçisi Florian Virts karyerasını "Liverpul"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, leverkuzenlilər futbolçunu 134 milyon avroya buraxmaqdan imtina etdikdən sonra ingilis klubu 22 yaşlı alman üçün məbləği 140 milyon avroya qaldırıb.

Qeyd edək ki, Virts 2024/25 mövsümündə ümumilikdə 45 oyunda meydana çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью