Liverpul antirekorda imza atdı

12.03.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında Fransa təmsilçisi PSJ-yə məğlub olaraq turnirdən kənarda qalan “Liverpul” klub tarixinin antirekorduna imza atıb.

Bakıvaxtı.az “Opta Sport”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi tarixində birinci dəfə ilk oyunda qalib gəldiyi mərhələnin ikinci matçında uduzmaqla yarışı tərk edib.

Qeyd edək ki, 1/8 finalın ilk matçında Arne Slotun komandası minimalhesablı (1:0) qələbəyə sevinib. Cavab görüşündə isə eyni hesabla məğlub olub. "Liverpul" penaltilər seriyasında Fransa klubuna uduzaraq (1:4) mübarizəni dayandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью