Liverpul ardıcıl 7 oyundur ki, məğlub olmur

27.12.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

“Liverpul” bütün turnirlərdə məğlubiyyətsiz seriyasını davam etdirir.

Apasport.az xəbər verir ki, Arne Slotun rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Vulverhempton”u 2:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə “mersisaydlılar”ın ardıcıl məğlubiyyətsiz oyun seriyası 7 matça çatıb.

“Liverpul” sonuncu dəfə 26 noyabr tarixində Çempionlar Liqasında PSV-yə 1:4 hesabı ilə uduzub. Həmin qarşılaşmadan sonra komanda 5 qələbə qazanıb və 2 heç-heçə edib.

Qeyd edək ki, Premyer Liqada stabil çıxışını davam etdirən “Liverpul” növbəti oyununu 1 yanvar tarixində “Lids”ə qarşı keçirəcək.

"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı Mert Hakan: "Düşmənlərimin sözlərini yox, dostlarımın səssizliyini xatırlayacam" “Beşiktaş”ın borcu açıqlanıb “Mançester Siti” səfərdə “Nottingem Forest”i məğlub etdi İlin ən çox qazanan futbolçuları - TOP-10
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью