“Liverpul”, “Arsenal” və “Fulhem” Liqa Kubokunda mərhələ adladı

16.09.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Liverpul” və “Tottenhem” qarşılaşıb.

İdman.Biz xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüş Mersisayd təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul” 21-ci dəqiqədə hesabı açıb. Aleksis Mak Allister komandasını önə keçirib. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.

“Liverpul” ikinci hissənin əvvəlində fərqi artırıb. 54-cü dəqiqədə Kodi Qakpo London təmsilçisinin qapısına yol taparaq hesabı 2:0-a çatdırıb.

“Tottenhem” 69-cu dəqiqədə fərqi azaldıb. Konor Qallaxer London klubunun ilk qolunu vuraraq komandasını oyuna qaytarmağa çalışıb.

Bununla belə, “Liverpul” görüşün sonlarında qələbəni təmin edib. 90+1-ci dəqiqədə Dominik Soboslai fərqlənərək yekun hesabı müəyyənləşdirib – 3:1.

Beləliklə, “Liverpul” Liqa Kubokunda 1/16 final mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu matç “Liverpul” üçün İngiltərə Liqa Kubokunun cari mövsümündə ilk oyun olub. “Tottenhem” isə 1/16 finala ötən mərhələdə “Çarlton Atletik”i 5:1 hesabı ilə məğlub edərək vəsiqə qazanıb.

Paralel keçən digər oyunlarda bu nəticələr qeydə alınıb: “Peterboro Yunayted” – “Barnsli” 3:3. Penaltilər seriyasında meydan sahibləri qalib gəlib. “Vest Hem” - “Fulhem” oyununda qonaqlar 2:3 hesablı qələbəyə seviniblər. “İpsviç Taun” “Arsenal”a 2:4 hesabı ilə məğlub olub. “Ridinq” – “Brentford” oyununda da qonaqlar qalib gəlib -1:2.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью