Liverpul azarkeşləri qapıçını seçdilər

02.04.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Liverpul" martın nəticələrinə əsasən komandanın ən yaxşı oyunçusunu açıqlayıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fərdi mükafatı qapıçı Alisson Bekker alıb.

Azarkeşlərin səsverməsində braziliyalı qolkiper 29 faiz səs toplayıb. O, sorğuda hücumçu Məhəmməd Salahı və yarımmüdafiəçi Dominik Soboslayini qabaqlayıb.

Qeyd edək ki, 32 yaşlı qolkiper bu mövsüm İngiltərə Premyer Liqasında 21 oyun keçirib, 18 qol buraxıb. Onun komandası 29 oyundan sonra 70 xalla İngiltərə çempionatının lideridir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью