“Liverpul” azarkeşləri Trentin formasını yandırdı Video

27.03.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun “Real”la razılaşdığı və yayda Madrid təmsilçisinə keçəcəyi gözlənilir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu xəbərlərdən sonra Trent azarkeşlərin mənfi reaksiyası ilə qarşılanıb.

Belə ki, azarkeşlərdən biri sosial şəbəkədə futbolçunun formasını yandırdığı video paylaşıb.

Qeyd edək ki, Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin yayından əsas heyətdə çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

“Transfermarkt” portalına görə, futbolçunun transfer qiyməti 75 milyon avrodur.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью