Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Liverpul” klubu Fransanın PSJ komandasının hücumçusu Bredli Barkolanın transferini elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, transfer sövdələşməsinin məbləği 125 milyon avro təşkil edib. Paris klubu gələcəkdə mümkün bonuslar şəklində daha 20 milyon avro da qazana bilər.
Qeyd edək ki, ötən mövsüm Barkola PSJ-nin heyətində bütün turnirlərdə 49 oyuna çıxaraq 13 qol vurub və 7 məhsuldar ötürmə edib. 23 yaşlı fransalı hücumçunun Paris klubu ilə əvvəlki müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. “Transfermarkt” portalı onun bazar dəyərini 90 milyon avro qiymətləndirir.