“Liverpul” baş məşqçi postu üçün Xabi Alonso ilə maraqlanır

25.01.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Liverpul” klubu baş məşqçi Arne Slotla yolları ayırmaq ərəfəsindədir.

 “Qafqazinfo” xəbər verir ki, kulub bu postla bağlı planlar çərçivəsində Xabi Alonsonun ətrafı ilə əlaqə saxlayıb.

Məlumata görə, Xabi Alonso yenidən işə qayıtmağa hazırdır, lakin ona təqdim olunan ilk təkliflə dərhal razılaşmaq niyyətində deyil.

Qeyd edək ki, 42 yaşlı Xabi Alonso futbolçu karyerası ərzində 2004–2009-cu illərdə “Liverpul” klubunun formasını geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью