“Liverpul” Bastonini izləyir, onun transferi kluba 80 milyon avroya başa gələ bilər

23.12.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Liverpul” “İnter"in mərkəz müdafiəçisi Alessandro Bastonini İbrahima Konatenin klubdakı gələcəyinin qeyri-müəyyənliyi və Vircil van Deykin zəif forması fonunda izləyir.

İdman.Biz bu barədə “Football Insider”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 26 yaşlı futbolçunun potensial transferi “mersisaydlılar”a ən azı 80 milyon funt sterlinqə (91,2 milyon avro) başa gələ bilər. “Barselona” da Bastoni ilə maraqlanır.

“İnter”in müdafiəçisi bu mövsüm bütün turnirlərdə 20 oyunda meydana çıxıb, bir qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 80 milyon avrodur.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью