Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasının 4-cü turu çərçivəsində İngiltərədə baş tutan matçda “Liverpul” son Almaniya çempionu “Bayer Leverkuzen”i qəbul edib.
Yenisabah.az xəbər verir ki, oyun meydan sahiblərinin 4-0 hesablı darmadağını ilə yekunlaşıb.
“Mersisaydlılar”ın heyətində Luis Dias "hettrik" edib. “Liverpul”un digər qolu isə Qapkodan gəlib.
Bu qələbə ilə “Liverpul” xallarının sayını 12-yə yüksəldib. “Bayer Leverkuzen” isə 7 xalda qalıb.