Liverpul Bernli nin müdafiəçisi Maksim Estevi hədəfə alıb

06.06.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin "Liverpul" klubu Premyer Liqanın digər təmsilçisi "Bernli"nin müdafiəçisi Maksim Estevi transfer etmək istəyir.

"Report" TEAMtalk-a istinadən xəbər verir ki, mersisaydlılar 24 yaşlı fransalı futbolçunu İbrahima Konatenin əvəzləyicisi kimi nəzərdən keçirir.

Lakin hələlik transferlə bağlı konkret addımlar atılmayıb. M.Estev 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxıb. Futbolçunun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью