Liverpul bizdən yaxşı deyildi Jeremi Doku

24.02.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının (İPL) 26-cı turunda öz meydanında "Liverpul"a uduzan (2:0) "Mançester Siti"nin vingeri Jeremi Doku məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, belçikalı futbolçunun sözlərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:

"Çalışdıq, çox sayda qol vəziyyəti yaratdıq, amma "Liverpul" iki qol vurandan sonra qapandı. Çətin idi. Düzü, oyunun gedişini nəzərə alsaq, "Liverpul" bizdən yaxşı deyildi. Əlbəttə, onlara əhsən, iki qol vurdular... Lakin biz pis oynamadıq".

Qeyd edək ki, 27 oyuna 64 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlinə başçılıq edir. 26 matça 44 xal yığan "Mançester Siti" isə 4-cü sırada mövqe tutub. 

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью