Liverpul çempionluq paradı keçirəcək

28.04.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Liverpul" Premyer Liqa çempionluğunu qeyd etmək üçün parad keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

"Mersisaydlılar" ötən gün Premyer Liqanın 34-cü turunda "Tottenhem"ə qalib gəliblər və xallarının sayını 82-yə çatdıraraq sona 4 tur qalmış çempionluğu rəsmiləşdiriblər.

İngiltərə təmsilçisinin mətbuat xidməti bildirib ki, Liverpul Şəhər Şurasının lideri Liam Robinson titulun qeyd olunması üçün çempionluq paradının təşkili təklifini qəbul edib.

Parad mayın 26-da, “Kristal Pelas”la mövsümün son matçından 1 gün sonra keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью