Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Təbii ki, bu gün “Qarabağ”ın “Enfild” stadionundan xalla ayrılmasına mane ola biləcək ən ciddi qüvvə “Liverpul”du. Lakin hadisələrin axarı həm də hava şəraitinin “köhlən atlar” üçün nə dərəcədə uyğun olmasından asılıdı. Deməli, detallara nəzər salmaqda fayda var.
“Football-plus.az” “The Weather Channel”ə istinadla xəbər verir ki, Liverpulda Bakı vaxtıyla saat 00.00-da hava şəraiti əsasən aydın, təxminən 1 saat sonra isə qismən buludlu olacaq. Lakin buna görə narahat olmağa dəyməz. Çünki həmin ərəfədə yağıntı ehtimalı cəmi 3 faizdi. Küləyin sürəti 13 km/saata çatacaqsa, rütubətlilik 88 faiz olacaq və irəliləyən dəqiqələrdə azalacaq. Əsas məsələyə gəlincə, temperatur 4, hiss edilən isə 1 dərəcə olacaq.
Kəsəsi, hava şaxtalı olacaq. Amma bu məqamın “Qarabağ”ın performasına təsir göstərməyəcəyi bəllidi. Axı “köhlən atlar” yanvarın 21-də Bakıda oxşar hava şəraitində “Ayntraxt”a qarşı yüksək səviyyəli oyunla yadda qaldı. Bizə isə məhz həmin güc lazımdı!
KƏNAN BAHADIR