Liverpul da ayrılıqlar davam edir

12.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Liverpul"da ayrılıqlar davam edir

"Liverpul" klubu sabiq baş məşqçi Arne Slotun məşqçilər korpusunda yer alan Sipke Hulshof, Ruben Piters və Covanni van Bronkhorstla yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilib.

Hulshof və Piters 2024-cü ilin yayında Arne Slotla birlikdə "Liverpul"a gəlib. Van Bronkhorst isə ötən mövsüm köməkçi məşqçi kimi komandaya qoşulub.

Qeyd edək ki, hər üç mütəxəssis 2024/25 mövsümündə klubun 20-ci İngiltərə çempionluğunu qazanmasında rol oynayıb. Arne Slotun ötən ay vəzifəsindən ayrılmasından sonra onlar da komandadan getmək qərarı veriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью