Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Liverpul"un baş məşqçisi Andoni İraola zədə səbəbindən problemlər yaşamağa davam edən Dominik Soboslainin səhhəti ilə bağlı məlumat verib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis macarıstanlı yarımmüdafiəçinin tam sağalması üçün daha çox vaxt tələb olunacağını bildirib:
"Soboslai müəyyən problemlə üzləşib. Bu, ötən həftəki ilə eyni nahiyədədir. Vəziyyəti pisləşməyib, amma tam sağalması üçün bir az daha gözləməli olacağıq".
Soboslainin tam məşqlərə qayıtması bərpa prosesinin gedişatından asılı olacaq. Tibbi heyət zədənin yenidən kəskinləşmə riskinin qarşısını almaq üçün onun vəziyyətini izləməyə davam edəcək.
Eyni nahiyədə narahatlığın yenidən ortaya çıxması məşqçilər heyətini ehtiyatlı olmağa vadar edib. Vəziyyətin pisləşməməsinə baxmayaraq, hazırda 26 yaşlı futbolçunun meydanlara qayıtmasını sürətləndirmək planlaşdırılmır.
Qeyd edək ki, Dominik Soboslai cari mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə meydana çıxdığı 8 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi