Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Liverpul" Vinisius Junioru transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçu üçün hərəkətə keçib. “TBR Football”da dərc edilən xəbərə görə, braziliyalı ulduzun transferində İngiltərə nəhəngləri ilə yanaşı "Arsenal" da maraqlıdır. Xəbərdə deyilir ki, ötən transfer pəncərəsində "Çelsi" və "Mançester Siti" Vinisius Junioru transfer etmək istəsə də, reallaşmayıb. Məlumata görə, "Real Madrid"lə yeni müqavilə imzalanmayacağı təqdirdə Vinisius klubdan ayrılmağa razılıq verə bilər.
İddialara görə, braziliyalı ulduz Kilian Mbappenin ondan çox qazanmasına razı deyil. Futbolçunun 20 milyon avroluq məvacibi rədd etdiyi bildirilir.