Liverpul danışıqları sürətləndirdi

21.08.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Liverpul” “Real”ın hücumçusu Rodriqonun transferi üçün danışıqları sürətləndirib. 

QOL.az xəbər verir ki, bu barədə jurnalist Pablo Oliveyra məlumat yayıb. 

İngiltərə nəhəngi braziliyalı futbolçunu komandadan ayrılan Luis Diasın əvəzləyicisi kimi görür. Hazırda Rodriqonun nümayəndələri Böyük Britaniyada danışıqlar aparır. Vingerin özü də “Liverpul”a keçmək imkanından həyəcanlıdır.

Qeyd edək ki, ötən mövsüm 23 yaşlı hücumçu bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью