Liverpul doqquz nəfərlə qalan Brentford u məğlub etdi

17.10.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə Premyer Liqasının VII turunda "Liverpul" səfərdə "Brentford"u 2:1 hesabı ilə məğlub edib.

"Cebheinfo.az" xəbər verir ki, qarşılaşmanın 44-cü dəqiqəsində Kin Lyuis-Potter meydan sahiblərini hesabda önə keçirib. İlk hissəyə əlavə olunmuş 8-ci dəqiqədə isə "Brentford"un futbolçusu Yeqor Yarmolyuk birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyunun 62-ci dəqiqəsində Viktor Munyos hesabı bərabərləşdirib. Matçın 70-ci dəqiqəsində isə Aleksander İsak "Liverpul"a qələbə qazandıran qola imza atıb.

Görüşün 90+2-ci dəqiqəsində meydan sahiblərinin daha bir futbolçusu - Vitali Yanelt ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Liverpul" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Brentford" isə 10 xalla altıncı yerdədir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью