futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Liverpul”un əfsanəvi hücumçusu Robbi Faulerin oğlu Ceykob Fauler gözlənilməz klub seçimi ilə diqqət çəkib. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi daha çox oyun təcrübəsi qazanmaq məqsədilə Cəbəllütariq təmsilçisi “Yevropa” ilə müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, gənc futbolçu bundan əvvəl İngiltərə I Liqasında çıxış edən “Stokport Kaunti”nin gənclər komandasında (U-21) forma geyinib. Oradan ayrıldıqdan sonra gənc yarımmüdafiəçi yayı yeni komanda axtarışında keçirib.
Ceykobun yeni klubu ötən mövsüm Cəbəllütariq Milli Liqasını 4-cü pillədə başa vuraraq Konfrans Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanmışdı, lakin “Yevropa” Şimali Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə görə böyük hesabla (0:6) uduzaraq avrokuboklarla erkən vidalaşıb.