Liverpul fransalı müdafiəçi üçün böyük məbləğdə pul xərcləyib

02.02.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Liverpul" Fransanın "Renn" klubunun mərkəz müdafiəçisi Ceremi Jakanın transferi ilə bağlı razılığa gəlib.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, “mersisaydlılar” 20 yaşlı futbolçu üçün 60 milyon funt sterlinq ödəyəcək.

Qeyd olunur ki, bu məbləğin 5 milyon funt sterlinqi bonuslar şəklində nəzərdə tutulub.

Bildirilir ki, "Renn" İngiltərə klubunun təklifini qəbul edib, lakin Jakenin transferi uğrunda mübarizə aparan "Çelsi" bu qədər böyük məbləğ ödəməyə hazır olmayıb.

Lakin C.Jakenin cari mövsüm başa çatdıqdan sonra Premyer Liqa çempionlarının sıralarına qoşulacağı bildirilir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью