Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi PSJ-dən Bredli Barkolanı transfer etmək niyyətindədir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Liverpul” Paris klubu ilə danışıqlara başlayıb.
PSJ 23 yaşlı vinger üçün azı 100 milyon avro tələb edir.
Barkola Fransa millisinin də üzvüdür.