futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Monako”nun futbolçusu Maqnes Akliuş karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Liverpul” 24 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Qırmızılar” fransalı futbolçu üçün “Monako” ilə danışıqlara başlayıb.
Akliuşun adı daha əvvəl PSJ ilə hallanırdı.
Yarımmüdafiəçi ötən mövsüm 43 oyunda 7 qol vurub, 11 məhsuldar ötürmə edib.