“Liverpul” futbolçusunu icarəyə verdi

22.08.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Liverpul” futbolçusunu icarəyə verdi

“Liverpul” müdafiəçisi İfeyani Ndukveni mövsümün sonuna qədər “Levante”yə icarəyə göndərib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ndukve bu yay Avstriyanın “Austriya” klubundan “Liverpul”a keçib və mersisaydlıların heyətində mövsümöncəsi hazırlıq dövründə 4 oyunda iştirak edib.

“Liverpool Echo” nəşrinin jurnalisti Yan Doylun məlumatına görə, futbolçu İngiltərədə işləmək üçün icazə ala bilməyib. Lakin onun La Liqadakı çıxışı lazımi meyarlara cavab verməsinə kömək edə bilər.

Qeyd olunub ki, “Liverpul” yanvarda müdafiəçini icarədən geri çağırmaq hüququna malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью