Liverpul futbolçusunu Rodriqo ilə dəyişmək istəyir

13.07.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Liverpul" futbolçusu İbrahima Konateni "Real"ın hücumçusu Rodriqoya dəyişmək variantını nəzərdən keçirir.

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bu potensial mübadilə üçün "Real"a əlavə olaraq 35 milyon avro ödəməyə hazırdır.

"Liverpul" bu fikri ciddi şəkildə dəyərləndirməyə başlayıb. Səbəb isə "Real"ın Konateyə maraq göstərməsi olub. Bununla belə, "kral klubu" əgər rəsmi təklif olsa, Rodriqo üçün daha yüksək məbləğ tələb edəcək.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərə əsasən, Konate "Liverpul"la olan müqaviləsini uzatmaqdan imtina edib. Fransalı müdafiəçi "Real"da oynamaq arzusundadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью