Liverpul hücumçusunu satmağa hazırdır

21.06.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

“Liverpul” Aleksander İsakla yollarını ayırmaq istəyir.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi isveçlinin mundialdakı uğursuz çıxışından sonra ona etimad göstərmək istəmir. 

Belə ki, “Liverpul”un yeni baş məşqçisi Andoni İraola futbolçusunu canlı izləmək üçün ABŞ-a yollanıb. İsakın DÇ-də gözlənilən performansı göstərə bilməməsi, İraolanın da gələcək planlarına təsir edib.

O, İsakın əvəzinə daha yaxşı forvardın transfer edilməsini istəyib. 

Qeyd edək ki, İsakın “Liverpul”la müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью