Icma.az bildirir, Fanat portalına istinadən.
“Real Madrid”in müdafiəçisi Raul Asensio yay transfer pəncərəsində “Çelsi” və “Liverpul”dan gələn təklifləri rədd edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı müdafiəçiyə yay transfer dönəmində üç ciddi təklif gəlib. Bunlardan ikisinin Premyer Liqa klubları “Çelsi” və “Liverpul” tərəfindən edildiyi bildirilir. Futbolçuya Türkiyədən də maliyyə baxımından cəlbedici təklif daxil olub.
Asensio isə “Real Madrid”dən ayrılmaq istəməyib. Müdafiəçinin Madrid klubunda qalaraq əsas heyətdə yer uğrunda mübarizə aparmağa üstünlük verdiyi qeyd olunur.
"Kral klubu” Asensionun ayrılmasına icazə verməyə hazır idi. Lakin futbolçu karyerasını "Real Madrid"də davam etdirmək qərarına gəlib.
Əlisahib İbrahimli