Liverpul ilk dəfə uduzdu

28.09.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

İngiltərə Premyer Liqasının 6-cı turunda "Liverpul" futbol klubu səfərdə "Kristal Pelas"la qarşılaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Selherst Park" stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıb - 9-cu dəqiqədə İsmayıla Sarr fərqlənib.

87-ci dəqiqədə Federiko Kyesa bərabərliyi təmin etsə də, matçın son dəqiqələrində üstünlük yenidən londonlulara qayıdıb. 90+7-ci dəqiqədə Eddi Nketia komandasına qələbə qazandırıb - 2:1.

Bu nəticə "Liverpul" üçün cari mövsümdə ilk məğlubiyyət olub. Mersisayd təmsilçisi 6 oyundan sonra 15 xal toplayıb. "Kristal Pelas" isə 12 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью