Liverpul İsaka alternativ tapdı

14.04.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Liverpul" yay transfer pəncərəsində hücum mövqeyini gücləndirmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Alexander Isak "qırmızıların" prioritet hədəflərindən biri hesab olunur.

Lakin "Nyukasl"ın təyin etdiyi böyük qiymətə görə transfer çox çətin olacaq.

Bununla belə, “Liverpul” alternativ variant tapıb – “Ayntraxt”dan Huqo Ekitike.

"Transfermarkt" Huqo Ekitiekin dəyərini 55 milyon avro qiymətləndirir.

Bu mövsüm forvard "Ayntraxt"ın heyətində 42 matçda 21 qol vurub və 9 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью