Liverpul İsakın transferi alınmasa...

15.07.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Liverpul" Aleksander İsakın transferi ilə bağlı "Nyukasl"la danışıqlar aparır.

Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, "qırmızılar" 25 yaşlı hücumçu üçün mümkün təklifləri müzakirə etmək məqsədilə "Nyukasl"la əlaqə saxlayıb.

Əgər isveçli futbolçu transfer üçün əlçatan olmasa, mersisayd klubu "Ayntraxt"dan Huqo Ekitikenin transferi uğrunda mübarizəyə qoşula bilər.

Bununla belə, "Nyukasl" futbolçunu satmaq niyyətində deyil və onunla yeni müqavilə imzalamaq istəyir.

Aleksander İsak ötən Premyer Liqa mövsümündə 34 oyunda çıxış edərək 23 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью