“Liverpul” İspaniyada, “Real Madrid” İtaliyada qələbəyə sevinib

11.12.2024

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun görüşlərinə start verilib. SİA xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 qarşılaşmaya şahidlik ediblər.

İngiltərənin “Liverpul” komandası İspaniyada “Jirona”nı 1:0 hesabı ilə üstələyib. “Bayer” isə Almaniyada İtaliyanın “İnter” kollektivini eyni hesabla məğlub edib.

İspaniya nəhəngi “Real Madrid” İtaliyada “Atalanta”ya 3:2 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası

VI tur

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Seltik” (Şotlandiya) - 0:0

“Jirona” (İspaniya) - “Liverpul” (İngiltərə) - 0:1

“Leyptsiq” (Almaniya) - “Aston Villa” (İngiltərə) - 2:3

“Bayer” (Leverkuzen, Almaniya) - “İnter” (İtaliya) - 1:0

“Atalanta” (İtaliya) - “Real Madrid” (İspaniya) - 2:3

“Brügge” (Belçika) - “Sportinq” (Portuqaliya) - 2:1

“Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya) - 1:5

“Zaltsburq” (Avstriya) - PSJ (Fransa) - 0:3

“Brest” (Fransa) - PSV (Niderland) - 1:0

Qeyd edək ki, VI turun növbəti oyunları bu gün təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью