“Liverpul” Joao Qomeslə maraqlanır

12.07.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin “Vulverhempton” futbol komandasının yarımmüdafiəçisi Joao Qomes yay transfer pəncərəsində klubunu dəyişə bilər.

İdman.Biz xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu ilə “Liverpul” maraqlanır. Mersisayd təmsilçisi oyunçunun transferi üçün rəsmi təklif göndərmək imkanını nəzərdən keçirir.

Qomes 2023-cü ilin yanvarından “Vulverhempton”da çıxış edir. İngiltərə klubu onu Braziliyanın “Flamenqo” komandasından 18 milyon avroya transfer edib.

Yarımmüdafiəçinin “canavarlar”la müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 40 milyon avro (80 milyon AZN) qiymətləndirir.

“Vulverhempton” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində sonuncu - 20-ci yeri tutaraq Çempionşipə düşüb. Klubun aşağı liqaya yuvarlanmasının komandanın bir sıra aparıcı futbolçularının gedişini sürətləndirə biləcəyi gözlənilir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью