Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Liverpul"un kapitanı Vircil van Deyk və klub rəhbərliyi müqavilənin uzadılması ilə bağlı hələ yekun qərara gəlməyiblər. Sport24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
35 yaşlı niderlandlı futbolçunun hazırkı müqaviləsinin müddəti gələn yay başa çatır. Danışıqlar müsbət yekunlaşsa müqavilə 2027-ci ilə qədər uzadıla bilər.
Van Deyk özü komandadan ayrıla biləcəyi ehtimalını istisna etmir. Bununla yanaşı, o, yüksək səviyyədə çıxış etməyə davam edir. O, 2026/27 mövsümündə hər oyunda orta hesabla 60,7 dəqiq ötürmə verib, 3,5 təkbətək mübarizədə qalib gəlib və topu 7,1 dəfə təhlükəli zonadan uzaqlaşdırıb. İndiyədək 15 qarşılaşmada meydana çıxıb.
"Milan" və "Yuventus" müdafiəçinin vəziyyətini yaxından izləyirlər. Hər iki klub 2027-ci ilin yanvarından etibarən onunla danışıqlara başlamağı düşünür. "Liverpul"un öz kapitanını komandada saxlamağa çalışacağı gözlənilsə də, yekun qərar mövsümün sonuna qədər verilməyəcək.