Liverpul klubunun futbolçusu Real la anlaşıb

25.03.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin "Liverpul" klubunun futbolçusu Trent Aleksander-Arnold "Real"la (İspaniya) anlaşıb. SİA "Sky Switzerland"a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin agentləri Madrid klubu ilə müqavilənin şəxsi şərtləri ilə bağlı prinsipial razılığa gəliblər.

O, yayda azad agent olduqdan sonra "Real"la 5 illik müqaviləyə imza atacaq. Bu müqviləyə əsasən futbolçu bir mövsüm ərzində 15 milyon avro qazanacaq. T.Aleksander-Arnoldun "Liverpul"da illik qazancının 11 milyon avro olduğu bildirlir.

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan müdafiəçi 2016-cı ildən əsas komandada çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью