“Liverpul” kolumbiyalı ilə müqaviləni uzatmayacaq

05.06.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Liverpul" hələ ki, yarımmüdafiəçi Luis Diasın transferi ilə bağlı digər klublardan təklif almayıb. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçunun özü ilə Səudiyyə Ərəbistanının "Əl-Nasr" və "Əl-Hilal" klublarının, həmçinin "Barselona"nın nümayəndələri əlaqə saxlayıb.

"Liverpul" 26 yaşlı kolumbiyalı ilə müqavilənin uzatmaq fikrində deyil.

Qeyd edək ki, Dias 2024/25 mövsümündə "Liverpul"un heyətində 50 oyunda 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью