Liverpul Konateni bu futbolçu ilə əvəzləyir

06.04.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

İngiltərənin "Liverpul" klubu bu yay komandanı tərk edəcəyi gözlənilən 25 yaşlı müdafiəçi İbraima Konateyə potensial əvəzləyici tapıb.

Fanat.Az "Africafoot"a istinadən xəbər verir ki, bu "Braqa"nın futbolçusu Siku Niakatedir.

Mənbə qış fasiləsində "Mançester Yunayted" və "Mançester Siti"nin maraqlandığı Niakatenin müqaviləsindəki sərbəstqalma məbləğinin 30 milyon avro olduğunu vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 31 matça çıxan arxa xətt oyunçusu 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Portuqaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. 

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью