Liverpul Konateyə iki həftə vaxt verib

16.08.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Liverpul" İbrahim Konateyə yeni müqavilə təklif edib.

İdman.biz xəbər verir ki, "qırmızlar" sentyabrın 1-dək mərkəz müdafiəçisi ilə müqavilə bağlamaq istəyirlər.

Fransalı futbolçunun klubla hazırki sövdələşməsi gələn ilin yayında bitəcək. "Liverpul", Konate yeni müqavilə imzamayacağı təqdirdə transfer pəncərəsi bağlanana kimi onu satmağı planlaşdırıb. İbrahimə görə 40 milyon avro tələb olunur.

Qeyd edək ki, Konate 2021-ci ilin yayında "qırmızı" formanı geyinir. O, 134 oyunda beş qol və dörd ötürmə ilə yadda qalıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью