Liverpul la Mançester Siti onu hədəflədilər

16.09.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Siti” gələn yay “Liverpul”la yanaşı “Kristal Pelas”ın müdafiəçisi Mark Gehini heyətinə qatmaq istəyir. 

QOL.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. 

Futbolçunun London klubuyla müqaviləsi mövsümün sonunda başa çatacaq.

Bildirilir ki, Gehinin qış transfer pəncərəsində klubunu dəyişməsi gözlənilmir. Həmçinin müdafiəçi karyerasını məhz Premyer Liqada davam etdirmək arzusundadır. Buna baxmayaraq, onun digər liqalardan da təklifləri var. 

Qeyd edək ki, Mark Gehi hazırkı mövsümdə 7 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью