Liverpul, Mançester Siti və Çelsidən xal itkisi İdman və Biz

15.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İngiltərə Premyer Liqasında 21-ci tura start verilib.

İdman.biz xəbər verir ki, lider xat itkisi yaşayıb.

"Liverpul" səfərdə "Nottingem Forest"lə bacarmayıb. Tərəflər arasındakı ilk oyunda uduzan "qırmızılar" növbəti dəfə bu rəqiblər görüşdə xal itiriblər. Komandalar hərəyə 1 dəfə fərqləniblər.

"Mançester Siti" də turu 1 xalla başa vurub. 4 qolun vurulduğu oyunda "şəhərlilər" son dəqiqədə qələbəni əldən veriblər. "Çelsi" isə öz meydanında heç-heçə oynayıb.

İngiltərə Premyer Liqası
21-ci tur
14 yanvar

23:30. "Brentford" - "Mançester Siti" - 2:2
23:30. "Çelsi" - "Bornmut" - 2:2
23:30. "Vest Hem" - "Fulhem" - 3:2
00:00. "Nottingem Forest" - "Liverpul" - 1:1

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью