Liverpul Mançester Yunayted oyununda qalib müəyyənləşmədi

05.01.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında XX turun mərkəzi görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, turnir cədvəlinin lideri "Liverpul" doğma meydanda hazırda yaxşı günlərini keçirməyən "Mançester Yunayted"i qəbul edib. Matç 2:2 hesabı ilə yekunlaşıb.

"Liverpul"un heyətində Qodi Qakpo və Məhəmməd Salah, "qırmızı şeytanlar"da isə Lisandro Martinez ilə Amad Diallo fərqləniblər.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran "Liverpul" birinci pillədə qərarlaşıb. "Mançester Yunayted" isə 23 xalla 13-cü sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью