Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
"Liverpul"-"Mançester Yunayted" oyununda “mersisaydlılar”ın 4:0 hesablı qələbəsi bu komandalar arasında darmadağınlı oyunlar seriyasını bir daha gündəmə gətirib.
“Yeni Sabah” xəbər verir ki, statistikaya əsasən, "Liverpul" müxtəlif mövsümlərdə rəqibini qapısında qol görmədən məğlub etməyi bacarıb.
2026/27 mövsümündəki 4:0 hesablı qələbədən əvvəl 2024/25 mövsümündə səfərdə 3:0 hesablı üstünlük əldə edilib. Ondan əvvəlki mövsümlərdə isə "Liverpul" 2022/23 mövsümündə "Enfild"də tarixi 7:0 hesablı qələbə qazanıb, 2021/22 mövsümündə isə rəqibini həm səfərdə (5:0), həm də doğma meydanda (4:0) darmadağın edib. Sərfəli qiymətə məhsullar
Ümumilikdə bu beş qarşılaşmada "Liverpul" əzəli rəqibinin qapısından 23 cavabsız top keçirərək son dövrlərdəki prinsipial oyunlarda mütləq üstünlüyünü nümayiş etdirib.