Liverpul Məhəmməd Salaha yeni müqavilə təklif etməyib | Icma.az
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salaha yeni müqavilə təklif etməyib.
"Report" “The Guardian”a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu özü müsahibəsində bildirib.
Misir millisinin üzvü mersisaydlıların ona yeni sözləşmə təklif etməməsinə görə məyus olduğunu vurğulayıb.
Qeyd edək ki, M.Salahın "Liverpul"la olan müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
O, cari mövsüm meydana çıxdığı 12 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizim Telegram kanalımıza abunə olun Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu