Liverpul məşhur məşqçiyə təklif göndərib

25.01.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Liverpul" klubu baş məşqçi postu ilə bağlı planlarını yenidən nəzərdən keçirir.

BAKU.WS "AS" nəşrinə istinadən xəbər verir ki, mersisaydlılar komandanın sükanı arxasına Xabi Alonsonu gətirmək variantını ciddi şəkildə dəyərləndirirlər.

Məlumata əsasən, klub rəhbərliyi mümkün kadr dəyişikliyi fonunda ispaniyalı mütəxəssisin tərəfi ilə ilkin təmas quraraq onun "Liverpul"u çalışdırmağa münasibətini öyrənib. Bildirilir ki, Alonso bu ehtimala müsbət yanaşıb.

Qeyd edək ki, 44 yaşlı çalışdırıcı bu ay Madrid "Real"ındakı vəzifəsindən ayrılıb. Onun rəhbərliyi altında "Kral klubu" 34 oyunda 24 qələbə qazanıb və 2025-ci il FIFA Klublararası Dünya Çempionatında final mərhələsinə yüksəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью