Liverpul milli üzvünü ala biləcəkmi? | Icma.az
Fanat saytına istinadən Icma.az xəbər verir. "Liverpul" İngiltərə millisinin yarımmüdafiəçisi Adam Uortonu heyətinə qatmaq istəyir.
Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, "Kristal Pelas" 21 yaşlı futbolçunu yüksək məbləğ qarşılığında satmağa hazırdır.
"Qırmızılar" rəhbərliyi Uorton uğrunda "Mançester Siti", "Real Madrid" və "Mançester Yunayted" ilə rəqabət aparmalı olacaqlarını fərqindədir.
"Diario AS" isə "Kristal Pelas"ın Adamın transferindən azı 65 milyon avro gəlir əldə etməyi planlaşdırdığını diqqətə çatdırıb.
Xatırladaq ki, sözügedən futbolçunun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Nihat Abunə Ol Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu