“Liverpul” müdafiə xəttində yeni hədəflər müəyyənləşdirdi

18.01.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin “Liverpul” klubu müdafiə xəttini gücləndirmək üçün yeni namizədlər üzərində çalışır.

İdman.Biz xəbər verir ki, “Liverpul” daha əvvəl əsas hədəf sayılan Mark Qehinin “Mançester Siti”yə transfer olunmasından sonra planlarını dəyişib.

Mersisayd təmsilçisi hazırda diqqətini İtaliyanın “İnter” klubunda çıxış edən Alessandro Bastoniyə yönəldib.

26 yaşlı italiyalı müdafiəçinin klubla müqaviləsinin bitməsinə iki il yarım qalır. Məlumata görə, Bastoni karyerasını ölkə xaricində davam etdirmək variantına müsbət yanaşır və bu amil “Liverpul”un marağını daha da artırır. Transfermarkt portalında oyunçunun transfer qiyməti 80 milyon avro (160 milyon AZN) göstərilib.

Qeyd olunur ki, İngiltərə klubunun mərkəz müdafiəçisi üçün siyahısında olan digər əsas namizəd Almaniyanın “Borussiya Dortmund” klubunun üzvü Niko Şlotterbekdir. Alman futbolçunun yaydan sonra klubunu dəyişəcəyi gözlənilir. Transfermarkt portalında oyunçunun transfer qiyməti 55 milyon avro (110 milyon AZN) göstərilib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью