Liverpul Napoli nin 50 milyon avroluq təklifini qəbul etmədi

08.07.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Napoli" "Liverpul"un hücumçusu Darvin Nunesi transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, İtaliya çempionu uruqvaylı futbolçu üçün "qırmızılar"a 50 milyon avroluq rəsmi təklif göndərib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu bu təklifi qəbul etməyib. "Napoli" 26 yaşlı forvard üçün növbəti dəfə onun klubuna müraciət edəcək.

Qeyd edək ki, "Liverpul" Darvin Nunesi 2022-ci ilin yayında "Benfika"dan 85 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью