“Liverpul” “Nottingem Forest”lə oyunda məğlubiyyətdən son anda qurtuldu VİDEO

29.08.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının 2026/27 mövsümünün 2-ci turunda “Liverpul” və “Nottingem Forest” komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Matçın baş hakimi Samuel Barrott olub.

24-cü dəqiqədə Dan Ndoye hesabı açaraq qonaqları önə çıxarıb.

60-cı dəqiqədə Aleksander İsak tarazlığı bərpa edib.

“Nottingem Forest” 70-ci dəqiqədə Morqan Gibbs-Uaytın penaltidən vurduğu qolla yenidən hesabda önə keçib.

Lakin 82-ci dəqiqədə Viktor Munyos “Liverpul”un məğlubiyyətdən xilas edən qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Növbəti turda Mersisayd təmsilçisi sentyabrın 4-də səfərdə “İpsviç Taun”la qarşılaşacaq. “Nottingem Forest” isə sentyabrın 5-də “Tottenhem Hotspur”u qəbul edəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью