Liverpul növbəti transferinə hazırlaşır

04.06.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

"Liverpul" "Bornmut" və Macarıstan millisinin müdafiəçisi Miloş Kerkezi 40 milyon funt-sterlinqə (təxminən 47,6 milyon avro) transfer etməyə yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ilə şəxsi şərtlər artıq razılaşdırılıb.

Kerkez 2023-cü ilin iyulundan "Bornmut"da çıxış edir.

Onun müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Ötən mövsüm 21 yaşlı sol cinah müdafiəçisi Premyer Liqada 38 oyun keçirib.

"Transfermarkt" futbolçunu 45 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью