“Liverpul” Nunyesə əvəzləyici tapdı danışıqlar başladı

09.12.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Liverpul" "Brayton"un hücumçusu Joao Pedro ilə maraqlanır. Sport24.az xəbər verir ki, Mersisayd təmsilçisi 23 yaşlı futbolçu üçün danışıqlara başlayıb.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Pedronun qış transfer dönəmində "Liverpul"a keçidi gündəmdədir.

Mersisayd klubu forvardı Darvin Nunyesə əvəzləyici kimi görür.

Pedro bu mövsüm Premyer Liqada 8 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью